Gün ərzində 56 cinayət faktı qeydə alınmışdır
19.11.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 32-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.