Narkotik vasitə ilə tutulmuş Xəqani Nəbiyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
19.11.2012Noyabrın 18-də Abşeron RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Xəqani Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyul və avqust ayları ərzində Anar Ağabalayevin evindən 100 manat pul, qızıl, ev və məişət əşyaları, Alan Hasanın evindən 1030 manat pul, 1 ədəd televizor və 1 ədəd peyk antenasının qəbuledicisini, İradə Abdullayevanın evindən 2 ədəd mobil telefon və qızıl əşyaları, İzafət Həsənovun həyətindən qaynaq aparatı və noyabrın 11-nə keçən gecə isə Qiyas Tağıyevin həyətindən su nasosu oğurlaması da müəyyən edilmişdir.