Avtomaşın qaçırmış Bakı şəhər sakini Azad Azadzadə qəza törətmişdir
12.11.2012Noyabrın 10-da Xətai rayonu ərazisində Bakı şəhər sakini İmdad Məmmədovə məxsus "VAZ-2121" markalı avtomaşın qaçırılmışdır. Avtomaşının, Bakı şəhər sakini Azad Azadzadə tərəfindən qaçırılması və Nobel prospektində idarə edilərkən maneəyə vurulması nəticəsində aşması Xətai RPİ 37-ci PB tərəfindən müəyyən edilmişdir.