Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.11.2012Noyabrın 12-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakinləri Xosrov Yusifovun idarə etdiyi "QAZ-3110" və Sərdar Bəyməmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Bəyməmmədov və sərnişini Tural Qasımov hadisə yerində ölmüş, xəsarət almış X.Yusifov və sərnişini xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.