Şirvan şəhəri ərazisində Ş.Alışov qonşusuna məxsus avtomaşını qaçırmış və onu idarə edərkən YNH törətmişdir
08.11.2012Noyabrın 8-də saat 23.35 radələrində Şirvan şəhəri ərazisindəki, "Tural" şadlıq evinin qarşısından, şəhər sakini Şahin Alışov, qonşusu Nemət Məmmədova məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış və onu idarə edərkən şəhər sakini Rauf Məlikovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomaşına vurmuşdur. Xəsarət alan olmamış, avtomaşınlara qismən ziyan dəymişdir. Ş.Alışov Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.