"Access" bankın Qazax filialının işçisi Z.Yusifov barəsində cinayət işi başlanmışdır
04.11.2012Cari ilin fevral-aprel ayları ərzində Qazax rayonu ərazisindəki "Access" bankın kredit şöbəsində nəzarətçi işləyən Ağstafa rayon sakini Zaur Yusifov həmyerliləri Nazim Mustafayevin, Lətafət Yusifovanın, Məzahir Yusifovun və Rəhman Abdullayevin etimadlarını qazanaraq onlara verdiyi kreditin müəyyən hissəsini ( ümumilikdə 11800 manat) pullarını mənimsəmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.