Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilmişdir
02.11.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada "Zenit Bet" adlı qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilmişdir. Qumarxanaya baxış zamanı müştərilər tərəfindən alınmış 560 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd kompyuter və 256 manat uduşa qoyulmuş pul aşkar edilərək götürülmüşdür.