Kürdəmir rayonunun Telişli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.11.2012Noyabrın 1-də saat 23.35 radələrində Kürdəmir rayonunun Telişli kəndi ərazisində, Bakı şəhər sakini Nicat İsmayılov "Mitsubishi-Airtrek" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.