Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini Mikayıl Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Eldəniz Hüseynov tutulmuşdur

31.10.2012

Oktyabrın 30-da Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində, Şəmkir rayon sakini Mikayıl Hüseynovun meyitinin "VAZ-21011" markalı avtomaşınında tapılması barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı M.Hüseynovun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilmişdir. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Eldəniz Hüseynov tutulmuşdur.