Şəmkir rayon sakini Mikayıl Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Eldəniz Hüseynov tutulmuşdur
31.10.2012Oktyabrın 30-da Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində, Şəmkir rayon sakini Mikayıl Hüseynovun meyitinin "VAZ-21011" markalı avtomaşınında tapılması barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı M.Hüseynovun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilmişdir. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş rayon sakini Eldəniz Hüseynov tutulmuşdur.