Xaçmaz rayonu ərazisindən G.Fərmanova məxsus avtomaşını qaçırmış K.Təhməzov tutulmuşdur
20.10.2012Oktyabrın 21-nə keçən gecə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən, kənd sakini Güləsən Fərmanova məxsus "VAZ-21013" markalı avtomaşın qaçırılmışdır. Avtomaşının rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Təhməzov tərəfindən qaçırılması müəyyən edilmişdir. K.Təhməzov Xaçmaz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur. Ətrafında aparılmış tədbirlər nəticəsində onun oktyabr ayının 20-də rayon sakinləri Vüsal Məmmədova və Səddar Əhmədova məxsus avtomaşınları qaçırması da müəyyən edilmişdir.