Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində məişətdə istifadə olunan qaz balonu doldurularkən partlayış baş vermişdir
15.10.2012Oktyabrın 16-da saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində, orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş vermişdir. Nəticədə E.Abdullayev hadisə yerində ölmüşdür.