Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Göyçay rayon sakini Vəlixan Vəliyev ölmüşdür
12.10.2012Cari ilin sentyabr ayının 25-də saat 11.00 radələrində Göyçay rayonunun Xəlitli kəndi ərazisində, Ağcabədi rayon sakini Xaləddin Vəliyevin idarə etdiyi "Mercedes" və rayon sakini Vəlixan Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Vəliyev oktyabrın 12-də orada ölmüşdür.