Lökbatan qəsəbəsində yaşayan Əvşan Rzayevaya məxsus evdə yanğın baş vermişdir
10.10.2012Oktyabrın 11-də saat 13.20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Əvşan Rzayevaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, əlindən yanıq xəsarəti almış Ə.Rzayevaya isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.