Şabran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09.10.2012Oktyabrın 10-da saat 14.00 radələrində Şabran şəhəri ərazisində, şəhər sakinləri Teyfur Manafovun idarə etdiyi "VAZ-2104" və Pərviz Aslanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və T.Manafovun sərnişinləri bacısı Günay və anası Xatirə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.