DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

21.11.2006

Saat 11:30 radələrində, Türkan qəsəbəsi ərazisində, qəsəbə sakini Əlövsət Əhmədovun idarə etdiyi "Kamaz" markalı və Rafiq Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Mirzəyev və sərnişinlərindən, Zabrat qəsəbə sakini Bəhruz Teymurov, Əminə Paşayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Nazilə Adilova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.