Maştağa qəsəbə sakini Ramin Babayevi qətlə yetirməkdə şübhəli bilinən Ağamirzə Quliyev tutulmuşdur
30.09.2012Oktyabrın 1-də Xəzər rayonu ərazisində, Albalılıq yaşayış sahəsində tikintisi başa çatmamış evdə, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahdan qətlə yetirilmiş meyiti tapılmışdır. Hadisəni qisas məqsədilə törətmiş Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev tutulmuşdur. A.Quliyevdən 1 ədəd "TT" markalı və 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron götürülmüşdür. "Naqan" tipli tapançanın R.Babayevə məxsus olması ehtimal olunur.