Tovuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.09.2012Oktyabrın 1-də saat 15.00 radələrində Tovuz rayonu ərazisində, Türkiyə vətəndaşı Aldinc Körkurtun idarə etdiyi "Ford-Tranzit" və Qovlar qəsəbə sakini Elmar Abbasovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Abbasov və sərnişini Vüqar Məmmədov hadisə yerində ölmüş, digər sürücünün xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.