Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.09.2012Sentyabrın 19-da saat 18.20 radələrində Qaradağ rayonu ərazisində, Ələt qəsəbə sakini Elçin Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Türkiyə vətəndaşı Alkurt Yılmazın idarə etdiyi "Schmitz-Cargobull" markalı avtomaşına vurmuşdur. Nəticədə E.Abbasovun xəsarət almış sərnişinləri İlyas Abbasov və Maşallah Mehdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.