Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2012Sentyabrın 16-da saat 13.00 radələrində Salyan rayonu ərazisində, Yevlax rayon sakini Hətəm Əsədovun idarə etdiyi "VAZ-21011" və Lənkəran rayon sakini Rəfayel Məmmədovun idarə etdiyi "QAZ-3302" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Əsədov və sərnişinlərindən - oğlu 4 yaşlı Ceyhun hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - arvadı Rəsmiyyə, qızı Esmira və Həsrət isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.