Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
14.09.2012Sentyabrın 15-də saat 21.00 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Bakı şəhər sakini Nadir Ağalarovun idarə etdiyi "Mercedes" və Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Teymurov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri qardaşı Şahid, Aqil Talıbov və Cəfərqulu Mirzəyev isə xəstəxanaya yerləşdirilmişlər. A.Talıbov orada ölmüş, digərinin vəziyyətləri orta-ağırdır.