İsmayıllı rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012Sentyabrın 13-də saat 03.00 radələrində İsmayıllı rayonunun Muğanlı kəndi ərazisində, rayon sakini Elvin Cabbarov "VAZ-21093" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı daşdan hörülmüş hasara vurmuşdur. Nəticədə sərnişinlərindən Amil Həsənov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişin Emin Baxışov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.