Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012Sentyabrın 13-də saat 01.15 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Samir Zamanov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Anar Bayramov tərəfindən törədilməsi müəyyən edilmişdir.