Astara rayonunun Pensər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.09.2012Sentyabrın 11-də saat 10.00 radələrində Astara rayonunun Pensər kəndi ərazisində, rayon sakini Rəşad Dadaşovun idarə etdiyi "VAZ-21063" və Lerik rayon sakini Faiq Həmidovun idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Dadaşov və sərnişini Elvin Salayev hadisə yerində ölmüşlər.