Cəlilabad rayonu ərazisində rayon sakini Y.Əhədovun idarə etdiyi avtomaşından heroin və həşiş götürülmüşdür
09.09.2012Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Əhədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşından 11 kiloqram 209,8 qram heroin və 17 kiloqram 279,66 qram həşiş aşkar edilərək götürülmüşdür. Y.Əhədov və onun tanışı İran vətəndaşı Novruz Bərbəstə tutulmuşlar.