Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı sakini Z.Məmmədəliyevə məxsus avtomaşından oğurlanmış dövlət nömrə nişanları üzərində olan avtomaşın Sumqayıt şəhərində saxlanılmışdır

06.09.2012

Sentyabrın 7-nə keçən gecə Bakının Nizami rayonu ərazisində yaşayan Zahid Məmmədəliyevə məxsus "VAZ-2106" markalı avtomaşının dövlət nömrə nişanları oğurlanmışdır. Sentyabrın 8-də Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər əməkdaşları tərəfindən qeyd edilən dövlət nömrə nişanları üzərində olan "VAZ-2107" markalı avtomaşının Sumqayıt şəhərində hərəkətdə olması aşkar edilmiş və müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə ötürülmüşdür. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən avtomaşın saxlanılmış, sürücüsü Bakı şəhər sakini Şaiq Hacıyev və sərnişini Ramilə Qasımova Nizami RPİ 23-cü PB-yə təhvil verilmişlər.

06.09.2012 tarixinə olan kriminal məlumatlar