Göyçay şəhəri ərazisindəki bir neçə mağazadan oğurluq etmiş Gəncə şəhər sakini R.Tağıyev saxlanılmışdır
04.09.2012Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də Rauf Musayevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamış Gəncə şəhər sakini Rafiq Tağıyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 18-də Göyçay şəhəri ərazisində, şəhər sakinləri Samir Novruzova, İlham Məmmədova məxsus mağazadan 3 ədəd mobil telefon, 250 manat pul və danışıq kartları oğurlaması, Könül Məmmədovaya məxsus mağazadan isə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.