Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.08.2012Sentyabrın 1-də saat 14.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, Bakı şəhər sakinləri Mircami Həmidov "Honda" markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanmış Füzuli Cəfərova məxsus "Daewoo" markalı avtomaşına vurmuş, "Daewoo" markalı avtomaşın isə Müşfiq Abdullayevə məxsus "Mercedes" markalı avtomaşına dəymişdir. Nəticədə F.Cəfərovun sərnişini Ədalət Mikayılov hadisə yerində ölmüş, xəsarət almış M.Həmidov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.