Sabirabad rayonunda polis zabiti E.Quliyevi və rayon sakini A.Zeynalovu qətlə yetirib hadisə yerindən qaçmış G.Abıyev tutulmuşdur
29.08.2012Avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş vermişdir.
Qaragünə PB-nin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlmişdir. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb etmişdir. Polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A.Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçmışdır.
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulmuşdur. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.