Soyğunçuluq etdiyinə görə tutulmuş E.Həşimovun digər cinayət hadisəsini də törətməsi müəyyən edilmişdir
28.08.2012Avqustun 25-də soyğunçuluq etdiyinə görə Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuş Ehtiram Həşimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 23-də Mehbarə Babayevaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını alması Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən müəyyən edilmişdir.