Ağcabədi rayonu ərazisində "KamAZ" və "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur
28.08.2012Avqustun 29-da saat 12.00 radələrində Ağcabədi rayonunun Milstroy kəndi ərazisində, Goranboy rayon sakini Alim Həsənovun idarə etdiyi "KamAZ" və rayon sakini Pəsi Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə P.Qasımov hadisə yerində ölmüşdür.