Siyəzən rayonunun Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.08.2012Avqustun 25-də saat 20.40 radələrində Siyəzən rayonunun Beşdam kəndi ərazisində, rayon sakini Kamil Əliyevin idarə etdiyi "Hyundai İX-35" və Bakı şəhər sakini Toğrul Novruzlunun idarə etdiyi "Nissan X-Trail" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə K.Əliyevin sərnişini - arvadı Bahar və T.Novruzlunun sərnişini - atası Kamal hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.