Sürücü A.Mürsəliyevin məsuliyyətdən yayınmaq məqsədi ilə polisə yalan məlumat verməsi müəyyən edilmişdir
07.08.2012Avqustun 8-də Bakı şəhər sakini Aydın Mürsəliyev polisə zəng edərək, həmin gün saat 10.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən ona məxsus "BMW" markalı avtomaşının qaçırılması barədə məlumat vermişdir. Araşdırmalar zamanı Masazır qəsəbəsi ərazisində, A.Mürsəliyev avtomaşınını idarə edərkən Bakı şəhər sakini Nadir Səfərovu vuraraq ona xəsarət yetirməsi və məsuliyyətdən yayınmaq məqsədi ilə onun polisə yalan məlumat verməsi müəyyən edilmişdir.