Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyat tədbiri həyata keçirmişlər

10.11.2006

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Sevda Vəliyeva insan alveri ilə məşğul olaraq, qadınları Pakistana apararaq cinsi istismara məruz qoyduğuna görə tutulmuşdur. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nizami rayonu ərazisindəki «EvroStil» restoran-saunanın inzibatçısı, Xırdalan qəsəbə sakini Vidadi Şirinov və oranın xörəkpaylayanı Naftalan şəhər sakini Abuzər İmanquliyevin həmin restoran-saunada əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə tutulmuşlar.