DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakini Rahid Qəmbərov və Türkan qəsəbə sakini Anar Quliyev tutulmuşlar

10.11.2006

Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, bu il noyabrın 6-da Türkan qəsəbəsindəki daş karxanasının xəzinədarı Yavər Ağayevə qarşı quldurluq edərək, 900 ABŞ dollar pulunu aldıqlarına görə Astara rayon sakini Rahid Qəmbərov və Türkan qəsəbə sakini Anar Quliyev tutulmuşlar. R.Qəmbərovdan 218,9 qram marixuana və A.Quliyevin evindən isə 5.5 qram marixzuana, 1 ədəd qaz tapançası, 1 ədəd nömrəsiz, qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 2 ədəd patron, 5 ədəd birdəfəlik şpris, 5 ədəd "Psixotrobteazepam" həbləri aşkar edilərək götürülmüşdür.