Cəlilabad rayon sakini Q.Hüseynovun mal-qarasını oğurlamış şəxslər tutulmuşlar
01.08.2012İyulun 31-də Cəlilabad rayonunun Çinar kənd sakini Qalib Hüseynov RPŞ-yə müraciət edərək, 2011-ci ilin avqust ayının 16-da kəndin otlaq sahəsində 4 baş inəyinin itməsini bildirmişdir. Araşdırmalar zamanı, inəklərin rayon sakinləri Rövşən Əzizov və Mübariz Kərimov tərəfindən oğurlanması müəyyən edilmiş və onların hər ikisi Cəlilabad RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.