Lənkəran rayon sakini A.Şəfiyevdən marixuana götürülmüşdür
28.07.2012Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyablı kənd sakini, əvvəllər məhkum olunmuş Ağamir Şəfiyevdən 191 qram qurudulmuş və 1 kiloqram 218 qram qurudulmamış marixuana götürülmüşdür. Bundan əlavə Siyabı kəndinin ərazisindəki meşə zolağında, A.Şəfiyevin kultivasiya yolu ilə çətənə kolu yetişdirməsi müəyyən edilmiş və həmin əraziyə baxış zamanı çəkisi 89 kiloqram olan 400 ədəd çətənə kolu yığılaraq götürülmüşdür.