Bakıxanov qəsəbəsi ərazisində 35-40 yaşlı kişi meyiti tapılmışdır
27.07.2012İyulun 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, üzərində bıçaq xasarətləri olan qismən çürüməyə məruz qalmış 35-40 yaşlı kişi meyiti tapılmışdır. DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilənin şəxsiyyəti müəyyən edilmişdir. O, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vladimir Qonza olmuşdur. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sabunçu RPİ tərəfindən aparılır.