Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.07.2012İyulun 21-də saat 17.20 radələrində Binəqədi rayonu ərazisində Cəlilabad rayon sakini İbrahim Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını qarşıda gedən Saatlı rayon sakini Elmar Məmmədovun idarə etdiyi "İveko" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Məmmədov və onun sərnişinlərindən Bakı şəhər sakini Tamilla Nəsrəddinova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Zaur Hüseynova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.