Oğurluq məqsədi ilə gəldiyi mağazanın sahibinə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini E.Səfərov tutulmuşdur
15.07.2012İyulun 13-də Lökbatan qəsəbəsinin ərazisindəki ticarət mərkəzində Quba rayon sakini Arzu Ağagülova məxsus mağazadan gümüş boyunbağını oğurlamış Bakı şəhər sakini Emin Səfərov müşahidə kameraları tərəfindən qeydə alınmışdır.
E.Səfərovun iyul ayının 16-da mağazaya gəldiyini görmüş A.Ağagülov onu tutmağa cəhd göstərərkən Emin ona bıçaqla qol nahiyəsindən xəsarət yetirib qaçarkən Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdir.