Ağcabədi rayonu Biləğan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.07.2012İyulun 15-də saat 22.00 radələrində Ağcabədi rayonu Biləğan kəndinin ərazisində rayon sakini Zahid Talıbovun idarə etdiyi "VAZ-2107" markalı və Ağdam rayon sakini Naib Cəfərovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Talıbov hadisə yerində ölmüş, xəsarət almış N.Cəfərov və sərnişini Gəncə şəhər sakini Seymur Bağırov isə xəstəxanaya yerləşdirilmişdir.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.