İyulun 11-də Z.Məmmədovanı bıçaqla qətlə yetirmiş A.Nəsibova və Z.Seyfullazadə tutulmuşlar
13.07.2012Gəncə ŞBPİ və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Zemfira Məmmədovanı bıçaqla qətlə yetirmiş şəhər sakinləri Aysel Nəsibova və Zemfira Seyfullazadə tutulmuşlar.
A.Nəsibovanın və Z.Seyfullayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların hadisə zamanı evdən 650 manat pul, qızıl əşyalarını götürmələri və həmin qızıl əşyalarını Bakı şəhəri Nizami küçəsindəki zərgərlik mağazasında işləyən şəhər sakini Yaşar Nuriyevə satmaları müəyyən edilmişdir.