Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayonu Maşxan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi

09.07.2012

İyulun 10-da saat 09.30 radələrində Astara rayonu Maşxan kəndinin ərazisində kənd sakini Vüqar Əmirovun idarə etdiyi "VAZ-2106" markalı və Astara rayon sakini Elçin Rüstəmovun idarə etdiyi "Volksvagen" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Əmirov və sərnişinlərindən, Astara rayon sakini Ruhan Hidayətov hadisə yerində ölmüş, digər sərnişinləri, rayon sakinləri Rufanə Hidayətova, Mətanət Hidayətova, Məsmə Hidayətova, Mehman Hidayətov, habelə E.Rüstəmov xəstəxanaya yerləşdirilmişlər.
R.Hidayətovanın vəziyyəti orta-ağır, digərlərinə isə ilkin tibbi  yardım göstərildikdən sonra buraxılmışlar.
Astara RPŞ tərəfindən araşdırma aparılır.

09.07.2012 tarixinə olan kriminal məlumatlar