Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.07.2012İyulun 9-da saat 12.00 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində Ağdam rayonu sakini Tariyel Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı və Beyləqan rayonu sakini Eldəniz Qədimovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Qədimovun sərnişinləri, Yevlax rayon sakinləri Fazil Həsənov, Baxışəli Həsənov və Ağstafa rayon sakini Arzu Məmmədli, habelə T.Məmmədovun sərnişini, Bərdə rayon sakini Elməddin Zeynallı xəstəxanaya yerləşdirilmişlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.