Tovuz rayonunun Düzqırıxlı kəndi ərazisində yol nəqliyyat hadisəsi
07.07.2012İyulun 8-də saat 22.00 radələrində Tovuz rayonunun Düzqırıxlı kəndi ərazisində Aşağı Quşçu kənd sakini Nizami Əmiraslanovun idarə etdiyi "Mercedes-3340" markalı və Bakı şəhər sakini Həbib Həsənovun idarə etdiyi "Mercedes-814" markalı yük avtomaşınları toqquşmuşdur. Nəticədə H.Həsənov hadisə yerində ölmüş, xəsarət almış N.Əmiraslanov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.