Gün ərzində 50 cinayət faktı qeydə alınmışdır
06.07.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
- 13 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.