2 avtomaşın qaçırmış və digərlərinin nişanlarını oğurlamış Bakı şəhər sakini Ceyhun Namazov tutulmuşdur
04.07.2012Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 25-də İftixar Vəliyevə məxsus "VAZ-2107" markalı, Anar Mehrəliyevə məxsus "VAZ-2107" markalı avtomaşınları qaçırmış, iyunun 3-də Azər Zeynalova məxsus "BMW" markalı, Səfəralı Ələkbərova məxsus "KİA" markalı, Elçin Həsənova məxsus "Mercedes" markalı və Könül Vəliyevaya məxsus "Mercedes" markalı avtomaşınlardan isə arxa dövlət qeydiyyat nişanlarını oğurlamış Bakı şəhər sakini Ceyhun Namazov tutulmuşdur.