Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
04.07.2012İyulun 5-də saat 19.45 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Teymur Yusiflinin idarə etdiyi "Chevrolet" markalı və Bakı şəhər sakini Eldar Rəhimovun idarə etdiyi "BMW X-5" markalı avtomaşınlar toqquşmuş və sonradan E.Rəhimov idarəetməni itirdiyindən avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Turanə Yaqubovaya məxsus "Hyundai" markalı avtomaşına çırpmışdır. Nəticədə T.Yusifli hadisə yerində ölmüş, xəsarət almış E.Rəhimov və sərnişini, Bakı şəhər sakini Rəfail Hacılı isə xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.