Qobustan rayonu Cəngi kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.07.2012İyulun 4-də saat 23.00 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Ağsu rayon sakini Cavad Məmmədovun idarə etdiyi "VAZ-21154" markalı və Bakı şəhər sakini Nicat Əhmədovun idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Məmmədov və sərnişinlərindən, Ağsu rayon sakini Cavid Xəlilov, 20-30 yaşlı 2 kişi (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini, Şamaxı rayon sakini Cəlil Məmmədov, habelə N.Əhmədov xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.