Səngəçal Dəmir Yolu Stansiyasının 490-cı km-də qorunmayan keçiddə yol-nəqliyyat hadisəsi
30.06.2012İyulun 1-də saat 20.00 radələrində Səngəçal Dəmir Yolu Stansiyasının 490-cı km-də qorunmayan keçiddə Bakı şəhər sakini Mürşüd Məmmədov idarə etdiyi "Mercedes-190" markalı avtomaşını elektrovoza vurmuşdur. Nəticədə xəsarət almış M.Məmmədov və sərnişinləri, Bakı şəhər sakinləri İradə Osmanova, Vüsal Əliosmanov, Aytac Məmmədova və Anar Veysov xəstəxanaya yerləşdirilmişlər.